Nazir Ermənistan Konstitusiyasında ərazi iddialarının qəbuledilməzliyini Berbokun diqqətinə çatdırıb

Tarix: 28 Feb 2024 18:20

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Almaniyaya işgüzar səfəri çərçivəsində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşüb.

Xarici İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, görüşdə Ermənistanın Konstitusiyasında və qanunvericiliyində, siyasi və hüquqi proseslərdə ölkəmizə qarşı irəli sürülən ərazi iddialarının, qeyri-konstruktiv mövqe və ritorikasının davam etdirməsinin qəbuledilməz olduğu vurğulanıb.

Xəbər Lenti