Amerikalı səyyah: Azərbaycanın Zəngəzur dəhlizinə sadiqliyini müşahidə etdim

Tarix: 27 Mar 2026 13:24

Azərbaycanın Zəngəzur dəhlizinə sadiqliyi aydın şəkildə müşahidə olunur.

APA xəbər verir ki, bunu ABŞ-dan olan səyyah Stefen Nemet Qarabağ və Şərqi Zəngəzura səfəri zamanı deyib.

“Burada olduğuma görə özümü çox şanslı hiss edirəm, Zəngəzur dəhlizinin tikintisini bu anda görmək çox maraqlıdır. Azərbaycan və Ermənistanın bir-birinə bu qədər yaxın yerləşdiyini görmək də çox maraqlıdır. Aydındır ki, Azərbaycan bu layihəyə çox sadiqdir, çox böyük tikinti işləri aparılıb. Bütün bu yol asfaltlanıb və tunellər tikilib. Bu layihənin tam başa çatdığını görmək çox maraqlı olacaq. Bu dəhliz Azərbaycanın əsas ərazisi, Naxçıvan və yol boyu digər ölkələr arasında iqtisadi əlaqələrin inkişafına töhfə verəcək. Düşünürəm ki, ümumilikdə regional əməkdaşlıq burada çox vacibdir. Azərbaycan coğrafi baxımdan çox unikal mövqedədir – Asiyanı və Avropanı birləşdirir. Əgər bu dəhliz tikilib başa çatdırılsa, bir çox ölkələr arasında çox vacib quru əlaqə xəttinə çevriləcək”,- səyyah bildirib.

Azərbaycan Qarabağ səyyah ABŞ

Xəbər Lenti