Cümə, 27 Mart, 2026
Tarix: 27 Mar 2026 14:29
"Qarabağ gələcəkdə turistlər üçün çox maraqlı məkana çevriləcək".
APA xəbər verir ki, bunu İtaliyadan olan səyyah Alessandro Giovanni Gerevini Qarabağ və Şərqi Zəngəzura səfəri zamanı deyib.
“Mən İtaliyadanam, amma Yaponiyada yaşayıram. Naqoya Xarici Dillər Universitetində professoram. Bu, Azərbaycana ikinci səfərimdir. İlk dəfə bura 10 ildən çox əvvəl kiçik qardaşım qızı ilə gəlmişdim. Qarabağa isə ilk səfərimdir. Şəhər çox dəyişib, daha da müasir olub. Qarabağla bağlı ilk təəssüratım odur ki, təbiəti çox gözəldir. Həm də açığı, gözləmədiyim qədər çox yeni və gözəl binalar gördüm. Düşünürəm ki, hər şey hazırdır. Yəqin ki, gələcəkdə daha çox turist və ziyarətçi ilə bura çox maraqlı bir məkana çevriləcək. Ümid edirəm ki, belə olacaq. Həmçinin ümid edirəm ki, bu yer gələcəkdə üç fərqli ölkənin bir-birinə yaxınlaşdığı mühüm bir nöqtəyə çevriləcək. Bir gün ölkələr arasında problemsiz şəkildə gedib-gəlmək mümkün olar. Bu, gələcək üçün mənim ümidimdir”, - səyyah qeyd edib.
Azərbaycan Qarabağ səyyah