Cümə, 27 Mart, 2026
Tarix: 27 Mar 2026 14:23
Rusiyanın İran əhalisi üçün humanitar yardım göndərməsinin ikinci mərhələsi başa çatıb.
APA-nın xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Fəaliyyət Departamentinin direktoru Dmitri Melnik Astarada jurnalistlərə bildirib.
"Məlum humanitar yardım 300 ton həcmində müxtəlif tibbi preparatlardan ibarətdir. Bildiyiniz kimi bundan əvvəl də humanitar yardım göndərilib. Həmin yardım Lənkərandakı hava limanı vasitəsilə ilə çatıdırılıb. Ümumilikdə yükün çatdırılması 4 sutkaya yaxın çəkib və bu Rusiya və Azərbaycanın müxtəlif qurumlarının səyləri sayəsində mümkün olub. Bununla əlaqədar Rusiyanın qurumlarına və Azərbaycandan olan həmkarlarıma təşəkkür etmək istəyirəm".
Rusiya səfirliyinin əməkdaşı Roman Popov Azərbaycan Respublikasına və onun hakimiyyətinə İrana humanitar yardımın ikinci partiyasının çatıdırımasında göstərdiyi köməyə görə təşəkkür edib.
O, Rusiya ilə Azərbaycanın qurumları arasındakı qarşılıqlı fəaliyyəti xüsusi qeyd edib.
İlkin Rzayev Rusiya İran humanitar yardım