Cümə, 27 Mart, 2026
Tarix: 27 Mar 2026 15:35
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 2 milyard 553,7 milyon ədəd siqaret istehsal olunub.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 26% çoxdur.
Martın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 1 milyard 190 milyon təşkil edib.
Bundan əlavə, dövr ərzində 180,6 ton tütün istehsal edilib ki, bu da 2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 40,1 faiz azdır.
Qeyd edək ki, cari ilin yanvar ayında ölkəyə 321,4 min ABŞ dolları dəyərində 15,5 milyon ədəd tərkibində tütün olan siqaretlər idxal edilib, 8 ölkəyə 1,6 milyon ABŞ dolları dəyərində 101 milyon ədəd siqaret isə ixrac olunub.
İlahə Səlimova siqaret tütün istehsal idxal ixrac Azərbaycan