Cümə, 27 Mart, 2026
Tarix: 27 Mar 2026 18:16
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 134 ədəd yük avtomobili istehsal edilib.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11,2 dəfə artıb.
Əlavə olaraq hesabat dövründə 716 ədəd minik avtomobili istehsal edilib ki, bu da illik müqayisədə 53,3 faiz çoxdur.
Bundan başqa, cari ilin ilk iki ayında 20 ədəd ictimai sərnişin nəqliyyat vasitəsi istehsal olunub. Bu göstərici isə 2025-ci ilin yanvar-fevral ayları ilə nisbətdə 5,3 faiz artıb.
Qeyd edək ki, hesabat dövründə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 2,3 dəfə artaraq 243 ədəd, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 31,4 % azalaraq 10 488 ədəd, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı isə 13,4 % azalaraq 1 096 ədəd təşkil edib.
İlahə Səlimova yük avtomobili istehsal minik avtomobili ictimai nəqliyyat vasitəsi