Ağsuda baş verən qətlin üstü açılıb

Tarix: 27 Mar 2026 19:17

Ağsuda baş verən qətlin üstü açılıb.

APA-nın Şirvan bürosu xəbər verir ki, martın 23-də Ağsu rayonunun Muradlı kəndi ərazisində əkin sahəsində zorakılıq əlamətləri olan qadın meyiti aşkarlanıb. Meyitin rayon sakini Zahirə Şükürovaya məxsus olması müəyyən edilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxslər – 1977-ci il təvəllüdlü Əyyub Sahabov və 1977-ci il təvəllüdlü Seymur Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalarla müəyyən edilib ki, şübhəli şəxslər zərərçəkmişlə aralarında yaranmış mübahisə zəminində ona qarşı zor tətbiq edərək qətlə yetiriblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

İlham Əhmədov qətl

Xəbər Lenti