Balakəndə iki avtomobil toqquşub, xəsarət alanlar var

Tarix: 27 Mar 2026 21:15

Balakən rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanlar olub.

APA-nın Şimal-qərb bürosu xəbər verir ki, hadisə Yevlax–Zaqatala–Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata əsasən, hərəkətdə olan “Mazda” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Vüqar Heydərov balakən qəza

Xəbər Lenti