Şəkidə baş verən yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB

Tarix: 27 Mar 2026 22:10

Şəki rayonunda baş verən yanğın söndürülüb.

APA-nın Şimal-qərb bürosu xəbər verir ki, yanğın nəticəsində sahibləri məlum olmayan iki ailəyə məxsus, bir dam altında tikilmiş ikimərtəbəli evin yanar konstruksiyaları yanıb.

Bundan əlavə, Xalidə Əliyevaya məxsus ikimərtəbəli 5 otaqlı evin dam örtüyü və köməkçi tikilinin yanar hissələri zərər görüb.

Həmçinin Məsud Məmmədova məxsus birmərtəbəli iki otaqlı evin dam örtüyünün 15 kvadratmetrlik hissəsi yanıb.

Evlərin qalan hissəsi və ətrafdakı digər tikililər yanğından mühafizə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

*** 19:35 Şəkidə güclü yanğın başlayıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, axşam saatlarında Şəkinin Dodu məhəlləsində hazırda yaşayış olmayan fərdi yaşayış evində güclü yanğın baş verib. Yanğın genişlənərək qonşu evə də keçib.

Hazırda əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

https://t.me/apa_az/116584

Vüqar Heydərov yanğın Şəki

Xəbər Lenti