, 3 May, 2026
Tarix: 29 Feb 2024 12:04
Azərbaycanda doktorantura hələ də sovet dövründən qalan model ilə işləyir.
APA xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın Ümumi Yığıncağında deyib.
O bildirib ki, dünyada doktorantura təhsil sisteminin bir hissəsidir. Onun da proqramı, kreditləri var: "Yüksək keyfiyyətli kadr hazırlığı üçün biz doktorantura beynəlxalq şəbəkəsinə qoşulmalıyıq. Bu olmasa, elmimiz ölkə hüdudlarında qalacaq".