Şənbə, 28 Mart, 2026
Tarix: 28 Mar 2026 10:35
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
"APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,99 ABŞ dolları və ya 2,5% artaraq 124,24 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 121,25 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Emil İsmayılov Azərbaycan nefti Azeri Light