Şənbə, 28 Mart, 2026
Tarix: 27 Nov 2023 17:39
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Türkiyənin milli təhsil naziri Yusuf Tekinlə görüşüb.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi məlumat yayıb.
Qeyd olunub ki, görüş çərçivəsində Azərbaycan ilə Türkiyə arasında çoxşaxəli və inkişaf etmiş təhsil əlaqələri ilə bağlı fikir mübadiləsi aparılıb.