Şimali Kiprin Baş naziri Azərbaycana səfər edəcək

Tarix: 28 Mar 2026 16:47

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri Ünal Üstel Bakıda keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) hökumət başçıları və vitse-prezidentlərinin ikinci toplantısında iştirak edəcək.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Şimali Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyindən bildirilib.

Qeyd edək ki, Bakıda 1-2 aprel tarixlərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin baş nazirləri və vitse-prezidentlərinin 2-ci iclası keçiriləcək.

Firuzə Vahid Şimali Kipr Türk Respublikası Bakı Türk Dövlətləri Təşkilatı TDT

Xəbər Lenti