Biləsuvarda motosiklet aşıb, iki nəfər xəsarət alıb

Tarix: 28 Mar 2026 18:07

Biləsuvarda motosiklet aşıb, xəsarət alanlar var.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb.

Aranlı kənd sakini 1994-cü il təvəllüdlü Elnur Bayramov idarə etdiyi motosikletlə hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində motosikletin sürücüsü və motosikletdə olan 1979-cu il təvəllüdlü Matıyev Samir müxtəlif dərəcəli xəsarətlər alaraq rayon xəstəxanasına çatdırılıblar. Yaralılara ilkin tibbi yardım göstərilib. E. Bayramovun xəsarətləri yüngül olduğundan ambulator müalicəyə buraxılıb. S. Matıyevin isə müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

İlkin Rzayev Biləsuvar qəza

Xəbər Lenti