Şənbə, 28 Mart, 2026
Tarix: 28 Mar 2026 19:20
Şabran rayonunun “5 sotlar” massivi adlanan ərazidə fərdi yaşayış evlərinə ciddi ziyan dəyib.
APA-nın şimal bölgəsi üzrə müxbiri xəbər verir ki, son günlər yağan intensiv yağışlar nəticəsində vətəndaşların həyətyanı sahələri və evlərin zirzəmiləri su ilə dolub.
Bildirilib ki, yaranmış vəziyyət sakinlərin gündəlik həyatında çətinliklər yaradıb.
Hadisə ilə bağlı aidiyyəti qurumların məlumatlandırıldığı bildirilir.
Xanım Məmmədova
Şabran fərdi yaşayış evləri yağışlar
