Şirvanda yaşayış evində partlayış baş verib, xəsarət alan var - VİDEO - FOTO

Tarix: 30 Mar 2026 00:23

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şirvan şəhəri, Elşad Əzimov küçəsində fərdi yaşayış evində yanğınla müşaiyət olunmayan partlayış baş verməsi barədə məlumat daxil olub. APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli dördotaqlı mənzildə, ilkin ehtimala görə, qaz sızması nəticəsində partlayışın baş verdiyi müəyyən edilib.

Hadisə nəticəsində ev yararsız vəziyyətə düşüb və 1 nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

şirvan partlayış

Xəbər Lenti