Çərşənbə, 10 İyun, 2026
Tarix: 30 Mar 2026 10:57
Yevlaxda yıxılaraq xəsarət alan 72 yaşlı kişi ölüb.
APA xəbər verir ki, 1954-cü il təvəllüdlü Zeynal Tağıyev martın 1-də rayonun Qoyunbinəsi kəndinin ərazisində ot bağlamalarının üzərindən yıxılıb. Hadisə nəticəsində o, boyun nahiyəsindən xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
O, martın 28-də Bakıda xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Selcan Zaurqızı Yevlax yıxılma QoyunbinəsiMənbə: apa.az