Bazar ertəsi, 30 Mart, 2026
Tarix: 30 Mar 2026 12:03
Qlobal əmtəə bazarlarında qızılın qiyməti 4600 dollara yaxınlaşıb.
"APA-Economics" xəbər verir ki, beynəlxalq birjalarda qiymətli və sənaye metalları üzrə qiymətlərdə artım qeydə alınıb.
COMEX birjasında qızılın iyun fyuçerslərinin qiyməti 1,04% və ya 46,9 ABŞ dolları artaraq 4 571,2 ABŞ dollarına (unsiya üzrə) yüksəlib. Spot bazarda isə qızılın qiyməti 0,86% və ya 38,49 ABŞ dolları artaraq 4 532,6 ABŞ dolları təşkil edib.
Gümüşün may fyuçersləri 1,47% və ya 1,02 ABŞ dolları artaraq 70,82 ABŞ dollarına, misin may fyuçerslərinin qiyməti 0,48% və ya 2,65 ABŞ dolları artaraq 552,1 ABŞ dollarına çatıb. Platinin spot qiyməti isə 2,91% və ya 55,7 ABŞ dolları artaraq 1 923,5 ABŞ dollarına yüksəlib.
Analitiklərə görə, qiymətli metallarda artım əsasən dolların zəifləməsi, Yaxın Şərqdə artan geosiyasi risklər fonunda təhlükəsiz aktivlərə tələbin yüksəlməsi və inflyasiya gözləntilərinin güclənməsi ilə bağlıdır.
Rahim Tarıverdiyev qızıl comex birja gold