Ucarda yol qəzası olub, xəsarət alan var - FOTO

Tarix: 30 Mar 2026 14:52

Ucarda yol qəzası olub, xəsarət alan var. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistralının rayonun Şahlıq kəndindən keçən hissəsində qeydə alınıb. “BMW” markalı minik maşını idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb. Nəticədə 1998-ci il təvəllüdlü Aysel Allahverdiyeva xəsarət alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib. Fakt araşdırılır.

Ucar Rayon Mərkəzi Xəstəxanasından APA-nın yerli bürosuna verilən məlumata görə, martın 30-da saat 14:00 radələrində Ucar rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1998-ci il təvəllüdlü şəxs (qadın) Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım bölməsinə hospitalizasiya olunub.

Ona onurğanın boyun nahiyəsinin sınığı, dəqiqləşdirilirməmiş kəllədaxili travma diaqnozu təyin edilib.

Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

Zahid Abışov Ucar yol qəzası xəsarət

Xəbər Lenti