Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib

Tarix: 30 Mar 2026 17:10

Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Zaqatala-Muğanlı avtomobil yolunda, Aşağı Tala kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, “VAZ-21011" və "Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb, bir neçə nəfər isə xəsarət alıb.

Hadisə yerinə rayon Polis Şöbəsinin əmkdaşları və xilasedicilər cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən 1973-cü il təvəllüdlü Rüfət Qurbanovun meyiti avtomobildən çıxarılıb.

Vüqar Heydərov Zaqatala yol qəzası

Xəbər Lenti