Çərşənbə axşamı, 31 Mart, 2026
Tarix: 31 Mar 2026 04:50
Hörmüz boğazının daha bir ay bağlanması “Brent” markalı xam neftin qiymətinin 150 dollara qədər yüksəlməsinə səbəb ola bilər.
APA xəbər verir ki, bunu ABŞ-ın “JP Morgan” bankının baş iqtisadçısı Brus Kasman deyib.
"Kanalın daha bir ay bağlı qalması ssenarisi neftin qiymətinin 150 dollara qədər yüksəlməsinə və sənaye istehlakçıları üçün elektrik enerjisi təchizatının pozulmasına səbəb ola bilər", - o deyib.
Qeyd edək ki, martın 30-da Londonun “ICE” birjasında 2026-cı ilin iyun ayı üçün “Brent” markalı xam neftin fyuçerslərinin qiyməti 19 mart 2026-cı ildən bəri ilk dəfə 115 dolları keçib, lakin sonradan 112,78 dollara düşüb.
neft Hörmüz