Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Tarix: 31 Mar 2026 09:08

Qlobal fond bazarlarında qarışıq dinamika müşahidə olunub.

"APA-Economics" xəbər verir ki, ABŞ fond bazarlarında martın 30-da Dow Jones 0,11% artaraq 45 216,14 bəndə yüksəlib. S&P 500 0,39% azalaraq 6 343,72 bənd, Nasdaq Composite isə 0,73% geriləyərək 20 794,64 bənd təşkil edib. NYSE Composite 0,24%, S&P/TSX Composite isə 0,08% azalıb.

Avropa bazarlarında isə müsbət dinamika üstün olub. Euro Stoxx 50 0,65% artaraq 5 541,79 bənd, FTSE 100 1,61% yüksələrək 10 127,96 bənd, DAX 1,18% artaraq 22 562,88 bənd təşkil edib. CAC 40 0,92%, IBEX 35 isə 0,99% artıb.

Asiya-Sakit okean regionunda isə əsas indekslərdə azalma müşahidə olunub. Nikkei 225 1,35% azalaraq 51 184,19 bəndə düşüb. TOPIX 0,96%, Hang Seng 0,51%, CSI 300 0,58% azalıb. Yalnız S&P/ASX 200 0,56% artıb. MSCI Asia Pacific indeksi isə 2,12% azalıb.

Analitiklərə görə, qlobal bazarlarda qarışıq dinamika əsasən ABŞ-da texnologiya şirkətlərinin səhmlərində satışların güclənməsi və investorların qazancını realizə etməsi ilə bağlıdır. Belə ki, əvvəlki dövrdə sürətlə artan texnoloji səhmlərdə investorlar mənfəəti “bağlamaq” üçün satışa üstünlük verib ki, bu da indekslərin azalmasına səbəb olub.

Eyni zamanda, Asiya bazarlarında eniş regionda iqtisadi artım tempinə dair narahatlıqlar və qlobal risklərin artması fonunda investorların daha ehtiyatlı mövqe tutması ilə əlaqələndirilir.

Rahim Tarıverdiyev fond bazarları indeks birja

Xəbər Lenti