Çərşənbə axşamı, 31 Mart, 2026
Tarix: 31 Mar 2026 13:05
Bakı-Supsa neft kəmərinin Gürcüstandan keçən hissəsinin istismar müddəti ilə bağlı qanunvericilik təşəbbüsü hazırlanıb.
APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan parlamentinin İqtisadi siyasət komitəsinin iclasında layihə ilk oxunuşda təqdim olunub.
İqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini İnqa Pxaladze bildirib ki, 1996-cı ilin martın 8-də Gürcüstanın Beynəlxalq Neft Korporasiyası və neft şirkətləri arasında Bakı-Supsa kəmərinin Gürcüstanda yerləşən hissəsinin tikintisi və istismarı barədə imzalanmış sazişin müddəti bu ilin aprelin 24-də başa çatır.
Onun sözlərinə görə, Bakı-Supsa kəmərinin Azərbaycanda yerləşən hissəsinin istismarı haqqında sazişin müddəti bu ilin iyunun 7-də başa çatdığından kəmərin keçid dövründə bütövlüyü qorunmalıdır. Müqavilənin müddətinin Azərbaycanda kəmər hissəsinin istismarı ilə bağlı qüvvədə olan müqaviləyə uyğun olması məqsədəuyğun hesab edilib.
"Məsələ ilə bağlı xarici neft şirkətləri və boru kəmərinin operator şirkəti ilə razılıq əldə olunub. Müvafiq olaraq, 8 iyun 2026-cı il tarixinə qədər boru kəmərinin istismarı ilə bağlı bütün xərclər onlar tərəfindən maliyyələşdiriləcək", - nazir müavini əlavə edib.
İqtisadi siyasət komitəsi qanun layihəsini dəstəkləyib.
Cəmilə Babayeva Bakı-Supsa kəməri Gürcüstan Azərbaycan Neft