Şəkidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB

Tarix: 31 Mar 2026 16:52

Martın 31-də saat 14:53-də qaz sızması nəticəsində baş verən partlayış səbəbi ilə xəsarət alan 2 nəfər (qadın) Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən APA-nın yerli bürosuna verilən məlumata görə, vəziyyətləri orta ağır qiymətləndirilən şəxslərin müalicəsi hazırda xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir.

Xəsarət alanların ana və qızı olduğu bildirilir.

***

16.06

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəki şəhəri, Aydın Məmmədov küçəsində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəki Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus ümumi sahəsi 320kv.m. olan ikimərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsindəki mətbəxdə yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən edilib.

Yanğın yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Partlayış dalğasının təsirindən evə ziyan dəyib, mətbəxdə təxminən 5kv.m. sahə yanıb.

Mənzilin böyük hissəsi yanğından mühafizə olunub.

Partlayış zamanı 2 nəfər xəsarət alıb.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Şəki partlayış xəsarət

Xəbər Lenti