Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi ilə görüşüb

Tarix: 02 Mar 2024 11:14

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Gallager ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi “X” hesabında məlumat verilib.

Vurğulanıb ki, tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi ilə bağlı geniş spektrli məsələləri müzakirə ediblər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyi barədə danışıblar.

Xəbər Lenti