Çərşənbə, 1 Aprel, 2026
Tarix: 01 Apr 2026 02:23
Dünya bazarında neft qiymətləri mart ayında kəskin artım göstərib.
APA xəbər verir ki, bu barədə Londonun ICE birjasının ticarət məlumatlarında qeyd olunub.
Məlumata görə, 2026-cı ilin iyun ayı üzrə Brent markalı neftin fyuçers qiyməti mart ayında 42,02% artaraq bir barel üçün 103,97 dollar təşkil edib.
Eyni dövrdə may ayı üzrə WTI markalı neftin qiyməti 50,66% artaraq 101,38 dollara yüksəlib.
Brent WTI neft qiymət ICE enerji bazarı