Çərşənbə, 1 Aprel, 2026
Tarix: 01 Apr 2026 10:07
Ötən gün hərracların bağlanışında Avropada qazın 1000 kubmetrinin qiyməti 600 ABŞ dollarından aşağı enib.
“APA-Economics” xəbər verir ki, 31 mart tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə may fyuçerslərinin qiyməti 598,2 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (653,3 dollar) ilə müqayisədə 8,4% azdır.
Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
Emil İsmayılov Aİ TTF qazın qiyməti TAP