Ötən ay sərhəddə 7,5 milyon manatlıq qaçaqmal tutulub

Tarix: 01 Apr 2026 12:21

Dövlət Sərhəd Xidməti tərəfindən 2026-cı ilin mart ayı ərzində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 541 kiloqram 132 qram narkоtik vasitə və 17 ədəd narkotik tərkibli həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

APA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatında deyilir.

Məlumata görə, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 7 milyon 573 min 290 manat оlan qaçaqmal, о cümlədən RF valyutası, odlu silaha məxsus patronlar, dərman vasitələri və tütün məmulatları aşkar olunaraq götürülüb.

DSX. sərhəd qaçaqmal

Xəbər Lenti