Çərşənbə, 1 Aprel, 2026
Tarix: 01 Apr 2026 12:59
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda beş həyat sığorta şirkəti vasitəsilə toplanan sığorta yığımlarının həcmi 109,9 milyon manata bərabər olub.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 6% və ya 6,3 milyon manat çoxdur. 2025-ci ilin yanvar-fevral aylarında həyat sığorta şirkətləri 103,6 milyon manat sığorta haqqı toplaya bilmişdi.
Ötən ay həyatın yaşam sığortası üzrə ödənişlər isə 44,6% və ya 30,8 milyon manat artaraq 99,7 milyon manata çatıb. Ötən ilin yanvar-fevral aylarında bu sığorta növü üzrə ödənişlər 68,9 milyon manat təşkil edib.
Qeyd edək ki, həyatın yaşam sığortası yığımları adətən 3-5 illik dövrü əhatə edir. Əmək haqqının bir hissəsini hər ay həyatın yaşam sığortasına yönəldən işçilər müqavilənin sonunda əlavə edilmiş faizlə yanaşı, hər ay ödənilməli olan vergi və sosial sığorta ödənişlərini geri ala bilirlər.
İlahə Səlimova Azərbaycan həyatın yaşam sığortası yığımlar ödənişlər