Çərşənbə, 1 Aprel, 2026
Tarix: 01 Apr 2026 14:36
Masallıda evdə yanğın olub.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Masallı rayonunun Qızılağac kəndində fərdi yaşayış evində baş verib. Yanğın zamanı evdə olan azyaşlı 2024-cü il təvəllüdlü Məhərrəm Məmmədzadə və onun babası, 1967-ci il təvəllüdlü Camaləddin Abdullayev ölüb.
Faktla bağlı araşdırma aparılır.
İlkin Rzayev Masallı yanğın