Qubada güclü yağış nəticəsində soyuducu anbarın hasarı uçub - FOTO

Tarix: 01 Apr 2026 16:38

Quba rayonunun Vladimirovka kəndində soyuducu anbarın yerləşdiyi ərazinin hasarı uçub.

APA-nın bölgə müxbirinin məlumatına görə, hadisə aramsız yağan yağışlar, daşqınlar nəticəsində baş verib. Güclü yağıntılar səbəbindən anbarın ətraf hasarında uçqun baş verib, eyni zamanda ərazidə asfalt örtüyündə çökmələr yaranıb.

İlkin məlumata görə, xəsarət alan olmayıb, dəymiş ziyanın miqyası araşdırılır.

Xanım Məmmədova

Quba yağış soyuducu anbar uçqun çökmə

Xəbər Lenti