Cümə axşamı, 2 Aprel, 2026
Tarix: 02 Apr 2026 09:34
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəlilabad rayonu, Maşlıq kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə APA-ya FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 50kv.m. olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları və ümumi sahəsi 15 kv.m. olan talvarın taxta atmaları yanıb. Yanğın yerinin müayinəsi zamanı 1941-ci il təvəllüdlü Narıyev Bəhram Bayrı oğlunun meyiti aşkar edilib.
Yaxınlıqda yerləşən tikililər yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***
09:05
Cəlilabadda 85 yaşlı kişi yanaraq ölüb.
APA xəbər verir ki, 1941-ci il təvəllüdlü Bəhrəm Narıyev qohumuna məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən yardımçı tikilidə baş vermiş yanğın nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Emin Şirvanzadə Cəlilabad FHN yanğın hadisə ölüm