Ağsuda avtomobil qəzasında iki nəfər xəsarət alıb

Tarix: 02 Apr 2026 09:25

Ağsuda avtomobil qəzası baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə gecə saatlarında baş verib.

Qəza nəticəsində Ağsu rayon Kəndoba kənd sakinləri, 2008-ci il təvəllüdlü Hüseynzadə Qəribxan Gulxan oğlu və 2006-cı il təvəllüdlü Paşayev Sadiq Ağasəf oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Hazırda vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

İlham Əhmədov qəza

Xəbər Lenti