Cümə axşamı, 2 Aprel, 2026
Tarix: 02 Apr 2026 10:34
Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev vəzifəsindən ayrılıb.
"APA-Economics" xəbər verir ki, bu barədə E.Mirsalayev özü məlumat verib. ASA-nin yeni icraçı direktoru Abas Miskərli təyin edilib.
Qeyd edək ki, Abas Miskərli yeni vəzifəsinə qədər 20 ilə yaxın müxtəlif sığorta şirkətlərində rəhbər vəzifələrdə çalışıb.
Rahim Tarıverdiyev Azərbaycan Sığortaçılar Assosiasiyası sığorta ASA