Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Tarix: 02 Apr 2026 09:48

Qlobal fond bazarlarında qarışıq dinamika müşahidə olunub.

"APA-Economics" xəbər verir ki, Dow Jones Industrial Average 2,48% artaraq 46,565.74 bəndə yüksəlib. S&P 500 Index 0,72% artaraq 6,575.32 bənd, Nasdaq Composite isə 1.16% artaraq 21,840.95 bənd təşkil edib. Bununla yanaşı, NYSE Composite Index 0,41%, S&P/TSX Composite Index isə 0,58% artım göstərib.

Avropa bazarlarında da artım tendensiyası müşahidə olunub. Euro Stoxx 50 2,93% artaraq 5,732.71 bəndə yüksəlib. FTSE 100 Index 1,85% artaraq 10,364.79 bənd, DAX Index 2,73% yüksələrək 23,298.89 bənd təşkil edib. Eyni zamanda, CAC 40 Index 2,1%, IBEX 35 Index isə 3,11% artım nümayiş etdirib.

Asiya-Sakit okean regionunda isə əsas indekslər üzrə əsasən mənfi dinamika qeydə alınıb. Nikkei 225 2,42% azalaraq 52,434.86 bəndə yüksəlib. TOPIX Index 1,64%, Hang Seng Index 1,52%, CSI 300 Index 1,17% geriləyib.

İlahə Səlimova fond birjası qlobal göstəricilər

Xəbər Lenti