Türkiyənin Vitse-prezidenti: İsrail-ABŞ və İran savaşı Türk dünyası da daxil olmaqla, bölgə üçün təhdiddir

Tarix: 02 Apr 2026 11:19

"Qlobal sistemdə böhranlar həlsiz qalıb. İsrail-ABŞ və İran arasında müharibə Türk dünyası da daxil olmaqla, bölgə üçün təhdiddir”.

APA xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Baş nazirlərinin Bakı görüşündə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz deyib.

O bildirib ki, davam edən savaş Hörmüz boğazı başda olmaqla, enerji bazarı üçün təhdid olaraq qalmaqdadır: “Bu, bölgəni və iqtisadiyyatı geridönülməz fəlakətə aparacaq. Hər nə olur olsun, İranın bölgə ölkələrini hədəf alması da qəbuledilməzdir. Gözləntimiz tez bir zamanda müharibəyə son verilməsi və diplomatik həll yoluna qayıdılmasıdır”.

Firuzə Vahid Türkiyə Cevdet Yılmaz İsrail İran ABŞ

Xəbər Lenti