AMB: Bu il cari əməliyyatlar balansının profisiti arta bilər

Tarix: 02 Apr 2026 11:14

Valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Qeyd edilib ki, gömrük statistikasına əsasən, 2026-cı ilin yanvar-fevral aylarında ölkənin xarici ticarətində 1.1 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb.

"Mərkəzi Bankın 2026 və 2027-ci illərin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı ilə bağlı proqnozu dəyişməz qalır. Son vaxtlar əsas ixrac məhsulları üzrə qiymətlərin yüksəlməsi cari əməliyyatlar hesabı profisitinin artma istiqamətində dəyişmə ehtimalı yaradır" - AMB əlavə edib.

Rahim Tarıverdiyev CƏB Mərkəzi Bank cari əməliyyatlar balansı tədiyyə proqnoz

Xəbər Lenti