Cümə axşamı, 2 Aprel, 2026
Tarix: 02 Apr 2026 12:38
Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının görüşü çərçivəsində birgə bəyanat qəbul edilib.
APA xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) üzv ölkələrinin Baş nazirlərinin Bakı görüşündə Baş nazir Əli Əsədov deyib.
Birgə bəyanatın qəbulundan sonra görüş başa çatıb.
***
10:59
Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının görüşü başlayıb.
APA xəbər verir ki, görüş rəsmi Bakının ev sahibliyi ilə keçirilir.
Görüşdə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Türkiyənin Vitse-Prezidenti Cevdet Yılmaz, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nökerquli Ataquliyev, Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, Qırğız Respublikası Nazirlər Kabinetinin sədri Adılbek Kasıməliyev və Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov iştirak edir.
Tədbirdə Baş nazir Əli Əsədov digər ölkələrdən olan həmkarlarını salamlayıb və ailə fotosu çəkdirilib.
Firuzə Vahid TDT görüş