Cümə axşamı, 2 Aprel, 2026
Tarix: 02 Apr 2026 12:24
Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən hər il ənənəvi olaraq keçirilən “Bankçılıq Mükafatları” çərçivəsində 2025-ci ilin yekunları üzrə qaliblər elan edilib. Yelo Bank-ın ötən il ərzində müxtəlif istiqamətlər üzrə həyata keçirdiyi effektiv fəaliyyət ABA tərəfindən yüksək qiymətləndirilib.
Bank aşağıdakı 6 fərqli nominasiya üzrə mükafata layiq görülüb:
Korporativ sosial məsuliyyət; Maliyyə savadlılığı dəstəkçisi; Təhsil dəstəkçisi; Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü; Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi; Dayanıqlı bankçılıq üzrə layihələr (ESG).Yelo Bank üçün 2025-ci il həm rəqəmsallaşma, həm də sosial məsuliyyət baxımından olduqca məhsuldar keçib. Sözügedən istiqamətlər üzrə həyata keçirilən layihələr, xüsusilə təhsilə dəstək, KOB-in maliyyələşdirilməsi və dayanıqlı inkişaf təşəbbüsləri Bankın gündəlik fəaliyyət strategiyasının ayrılmaz hissəsidir. Tecili kredit axtarırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin. Yelo Bank – Parlaq bankçılıq!
APA-Economics Yelo Bank nominasiya qalib