Rusiyada bir neçə uçuş təxirə salındı

Tarix: 28 Nov 2023 08:30

Rusiyada Moskva və Sankt-Peterburq arasındakı bir neçə reys təxirə salınıb.

“Qafqazinfo” xəbər  verir ki, bu barədə “Aeroflot” aviaşirkəti məlumat yayıb.

Bildirilib ki, Pulkovo hava limanında əlverişsiz hava şəraiti ilə əlaqədar reyslər müvəqqəti ləğv olunub:

"Pulkovo Hava Limanında əlverişsiz hava şəraitinə görə təhlükəsiz uçuşların təmin edilməsi ilə əlaqədar olaraq, Moskva - Sankt-Peterburq istiqaməti üzrə "SU016" və "SU022" reysləri uçuş hava limanına qayıdıb".

 

Xəbər Lenti