Azərbaycana sürətli pul köçürmələri 8%-ə yaxın artıb

Tarix: 02 Apr 2026 14:55

Bu ilin fevral ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 120.5 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 38.9 milyon manat təşkil edib.

“APA-Economics”in Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən apardığı hesablamalara görə, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 7,8% və ya 8.7 milyon manat, banklardan xaricə köçürmələr isə 4,9% və ya 1,8 milyon manat artıb.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 758.8 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 490.4 milyon manata bərabər olub.

İlahə Səlimova sürətli pul köçürmələri banklar

Xəbər Lenti