Cümə axşamı, 2 Aprel, 2026
Tarix: 02 Apr 2026 16:54
Beyləqan rayonunda yol qəzasında 3 nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə Yeni Xocavənd qəsəbəsində baş verib.
Qəza nəticəsində "Hyundai" markalı minik avtomobilinin sürücüsü Xəqani Quliyev, sərnişinləri - 2009-cu il təvəllüdlü Anar Rüstəmzadə və Natiq Əliyev xəsarət alıb.
Hər üç şəxs xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.
***
12.48
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Beyləqan rayonu, Yeni Xocavənd qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Hyundai" markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və sürücünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1989-cu il təvəllüdlü Quliyev Xəqani Xaliqəddin oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Emin Şirvanzadə Beyləqan qəza yol