Cevdet Yılmaz: Cənubi Qafqazda sülhün bərqərar olması Türk dövlətləri ilə əlaqələri daha da gücləndirəcək

Tarix: 02 Apr 2026 18:01

Cənubi Qafqazda sülh mühitinin formalaşması ilə Türk dövlətləri və Türkiyə arasında əlaqələrin daha da güclənəcəyinə inanırıq.

APA xəbər verir ki, bunu Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Bakıda jurnalistlərə açıqlamasında deyib.

“Ticarət sahəsində gömrük prosedurlarının sadələşdirilməsi, nəqliyyat imkanlarının genişləndirilməsi və yeni ticarət sazişləri ilə Türk dövlətləri arasında ticarətin artırılmasını hədəfləyirik. Hazırda bu ölkələr arasında daxili ticarətin payı təxminən 6%-dən bir qədər çoxdur və biz bunu daha yüksək səviyyəyə çatdırmaq istəyirik.

Ümid edirik ki, bölgədəki gərginliklərə qoşulmadan sabitliyimizi qoruyacağıq və inkişaf yolumuzu davam etdirəcəyik. Bu kontekstdə onu da vurğulamaq istərdim ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev çox təcrübəli və qətiyyətli liderlərdir. Belə çətin və qeyri-sabit dövrlərdə liderlik daha da ön plana çıxır”, - Cevdet Yılmaz qeyd edib.

Toğrul Quluzadə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Cənubi Qafqaz Türk dövlətləri TDT

Xəbər Lenti