Cümə, 3 Aprel, 2026
Tarix: 03 Apr 2026 09:24
Qlobal fond bazarlarında qarışıq dinamika müşahidə olunub.
“APA-Economics” xəbər verir ki, ABŞ bazarlarında indekslər üzrə əsasən müsbət dinamika qeydə alınıb. Belə ki, Dow Jones Industrial Average 0,13% azalaraq 46,504.67 bənd təşkil edib. S&P 500 Index 0,11% artaraq 6,582.69 bəndə yüksəlib, Nasdaq Composite isə 0,18% artaraq 21,879.18 bənd olub. Bununla yanaşı, NYSE Composite Index 0,06%, S&P/TSX Composite Index isə 0,46% artım nümayiş etdirib.
Avropa bazarlarında isə qarışıq dinamika müşahidə olunub. Belə ki, Euro Stoxx 50 0,70% azalaraq 5,692.86 bənd təşkil edib. FTSE 100 Index 0,69% artaraq 10,436.29 bəndə yüksəlib. DAX Index 0,56% azalaraq 23,168.08 bənd olub. Eyni zamanda, CAC 40 Index 0,24%, IBEX 35 Index isə 0,14% azalma göstərib.
Asiya-Sakit okean regionunda əsas indekslər üzrə əsasən mənfi dinamika qeydə alınıb. Belə ki, Nikkei 225 1,23% artaraq 53,108.98 bəndə yüksəlib. TOPIX Index 0,77% artaraq 3,639.53 bənd olub. Bununla yanaşı, Hang Seng Index 0,70%, CSI 300 Index 0,64%, S&P/ASX 200 Index isə 1,06% azalma nümayiş etdirib.
İlahə Səlimova fond bazarları qlobal göstəricilər