Cümə, 3 Aprel, 2026
Tarix: 03 Apr 2026 10:05
Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
"APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, “qarışıq meyvə qurusu” yükü aparan nəqliyyat vasitəsinə “Astara” gömrük postunda stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsində üzəri quru meyvə ilə örtülərək gömrük nəzarətindən gizlədilən ümumi təmiz çəkisi 112 kiloqram 529 qram xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
İlahə Səlimova meyvə qurusu yükü narkotik gömrük “Astara” gömrük postu
