Azərbaycandan xaricə turist axını artıb

Tarix: 03 Apr 2026 12:40

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan xaricə 298,7 min nəfər turist gedib.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,8% çoxdur.

Vətəndaşlarımızın 37,4%-i Türkiyəyə (əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 2,1 faiz çox), 15,2%-i Rusiya Federasiyasına (2,8% az), 12,5%-i İrana (17,7 faiz çox), 9,9%-i Gürcüstana (12,2 faiz az), 25%-i isə digər ölkələrə (0,1% az) gedib. Gedənlərin 66,7%-ni kişilər, 33,3%-ni qadınlar təşkil edib.

Yanvar-fevral aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının 68%-i hava, 30,4%-i dəmir yolu və avtomobil, 1,6%-i isə dəniz nəqliyyatından istifadə edib.

Əşrəf Mehdiyev turist statistika

Xəbər Lenti