Cümə, 3 Aprel, 2026
Tarix: 03 Apr 2026 12:32
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkilməsi faktı üzrə cinayət işi açılıb.
APA-nın əldə etdiyi məlumata görə, cinayət işi üzrə araşdırma gedir.
***
11.39
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən şəxslər saxlanılıblar.
APA-nın əldə etdiyi məlumata görə, qraffiti tipli təsvirlər çəkən 20 yaşlı A.S, 16 yaşlı L.M, 16 yaşlı Ş.Q və 17 yaşlı M.B-nin valideynlərinin iştirakı ilə aidiyyəti üzrə Polis İdarəsində profilaktik iş aparılır.
Abidəyə dəyən ziyanın məbləğinin müəyyən olunması və hüquqi məsuliyyət tədbirləri istiqamətində araşdırmalar davam etdirilir.
Nizami Kino Mərkəzi