Cümə, 3 Aprel, 2026
Tarix: 03 Apr 2026 16:28
“Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”, “Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə”, “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə” və “Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə” təsdiq edilib.
APA xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
“Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə” Azərbaycan Respublikasının Təmsilçilik Ofisinə, “Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə” isə Azərbaycan Respublikasının Nümayəndəliyinə də şamil ediləcək.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Firuzə Vahid Prezident İlham Əliyev Sərəncam səfirlik konsulluq fəxri konsul