Cümə, 3 Aprel, 2026
Tarix: 03 Apr 2026 16:22
3 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Samir Şərifov və Qazaxıstan Respublikasının xarici işlər nazirinin müavini Alibek Bakayev arasında görüş keçirilib.
XİN-dən APA-ya verilən xəbərə görə, görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gündəliyində olan məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
2 aprel tarixində Bakı şəhərində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşünün keçirilməsi yüksək qiymətləndirilib. Bununla yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Görüşdə eyni zamanda, regional və beynəlxalq gündəliyin aktual məsələlərinə toxunulub.
XİN Qazaxıstan Azərbaycan