Şənbə, 4 Aprel, 2026
Tarix: 04 Apr 2026 15:10
Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.
Eyni zamanda, bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
Yağış Zığ dairəsi-Hava Limanı yolu sürət həddi